Gələn il Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi bir milyard dollara çata bilər

Baş səhifə
Gələn il Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi bir milyard dollara çata bilər

Ayjan Bijanova

Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi 2026-cı ildə bir milyard dollara çata bilər.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Ayjan Bijanova deyib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artım tempinə baxmayaraq, hələ istənilən səviyyədə deyil: “Ötən ilin nəticələrinə görə, ikitərəfli ticarət dövriyyəsi 536 milyon ABŞ dolları olub. Bizim hədəfimiz yaxın iki ildə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır”.

A.Bijanova bildirib ki, bunun üçün konkret tədbirlərdən ibarət yol xəritəsi hazırlanır: “Yol xəritəsində məsul şəxslər və müddətlər müəyyən olunacaq”.