
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan
şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla
qarşılanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni
İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb.
“Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ
maliyyə nazirindən (Skott Bessent) fərqli olaraq, İran indiyə qədər
sözünün üstündə durur”, – Əraqçi deyib və öhdəlikləri
pozmaqdıqlarını iddia edib.
Əraqçi bildirib ki, sanksiyaların tətbiqi də digər addımlar
kimi, ABŞ-nin razılaşmanı pozmasıdır. Onun fikrincə, sənədə hər iki
tərəf riayət etməlidir. “Yalnız qarşılıqlı riayət mümkündür”, – XİN
başçısı İranın da memorandumu poza biləcəyinə eyham vurub.
Xatırladaq ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai daha əvvəl
ABŞ-ni eyni səbəbə görə tənqid edib. İranın BMT-dəki daimi nümayəndəsi
Əmir Səid İrəvani isə məsələni ən böyük təsisatda qaldırıb.
O ki qaldı ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına, bu, əsasən
İran elitasının maliyyələşdirilməsi ilə əlaqəli hesab olunan Əli
Ənsari, üç İran şirkəti, Honkonq və BƏƏ-dən olan bir firmalara
aiddir.

