Bakı. Trend:
Azərbaycanda qeydə alınan inkişaf keçici deyil. Bu, dövlət və
xalq arasında əlaqələrin yüksək səviyyədə olduğunun
göstəricisidir.
Trend xəbər
verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının
sədri Saqr Qobaş Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada
dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi”
mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı
deyib.
O bildirib ki, BƏƏ və Azərbaycan arasındakı əlaqələr qarşılıqlı
hörmət və isti münasibət üzərində qurulub.
“Qarşılıqlı səfərlər əlaqələrdə yeni mərhələyə start verib.
Bunun sayəsində “yaşıl iqtisadiyyat”, enerji, süni intellekt kimi
müasir və strateji sahələrdə əməkdaşlıq reallaşdırılır”, – deyə BƏƏ
rəsmisi qeyd edib.

