9 ayda qanunsuz olaraq ölkəyə gətirilməyə cəhd edilən 1295-dən çox qiymətli daş aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin 9 ayı ərzində qanunsuz yollarla ölkəyə gətirilməsinə
cəhd göstərilən 1295 karatdan çox qiymətli daşlar aşkar edilib.

Trend
xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsi məlumat yayıb.




Bildirilib ki, Dövlət Gömrük Komitəsi tərəfindən həyata
keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində
qanunvericiliyin tələblərini pozan şəxslərdən 220 qram qızıl külçə,
267 min 57 manat dəyəri olan 437 ədəd qızıl zinət əşyaları, 7259,16
qram gümüş zinət əşyaları və gümüş əşyalar, 1295,843 karat qiymətli
daşlar, eləcə də 433 890 ABŞ dolları, 10 410 000 rus rublu, 21 690
avro, 100 000 funt sterlinq aşkar olunub.