“Qarabağ” – “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində
keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri 29
oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Trend xəbər
verir ki, bu barədə “Qarabağ” klubunun Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN




VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Qeyd edilib ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və
saytı üzərindən əldə edilə bilər.

“Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz
iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın
Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun
kassalarına müraciət edə bilər. Saxta biletlərə aldanmayın.Stadiona
giriş yalnız QR bilet ilə mümkün olacaq”, – deyə məlumatda
vurğulanıb.