
Bakı. Trend:
Türkiyənin futbol üzrə Milli Komandasının keçmiş qapıçısı,
hazırda məşqçi kimi fəaliyyətini davam etdirən Volkan Demirel
Türkiyə Super Liqasına geri dönür.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Onun ötən həftəsonu “Konyaspor”a 2-1 hesabı ilə məğlub olmuş
“Gənclərbirliyi” klubuna baş məşqçi gətirilməkdə olduğu bildirilir.
Türkiyə mediasının bəzi idman mənbələri artıq razılaşmanın əldə
olunduğunu və yaxın zamanda Ankarada rəsmi imzalama mərasiminin baş
tutacağını qeyd edir.
Xatırladaq ki, Volkan Demirel sonuncu dəfə Türkiyə Super
Liqasında ötən il “Bodrum” FK-nın baş məşqçisi kimi çıxış edib.

