
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.
APA xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.
“Görüşdə Vaşinqton sammitində əldə olunan razılaşmaların icrası üçün görülən işlərin vacibliyi vurğulandı”, – deyə Sahibə Qafarova bildirib.
Qeyd edək ki, Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında 21 oktyabrda görüş keçirilib

