
Bakı. Trend:
Son bir ay ərzində Türkiyənin 50 vilayətində “Paralel Dövlət”
(FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 286 nəfər
saxlanılıb. Onlardan 154 nəfər barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Trend-in
məlumatına görə, bu barədə oktyabrın 21-də Türkiyənin daxili işlər
naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, əməliyyatlar Ankara, İstanbul və İzmir
kimi böyük şəhərləri də əhatə edib. Həbs olunan şəxslər qadağan
olunmuş təşkilatlarla əlaqədə olmaqda, cinayət şəbəkələrini
maliyyələşdirməkdə və FETÖ terrorçularının istifadə etdiyi “ByLock”
adlı şifrəli mesajlaşma proqramından yararlanmaqda ittiham
olunurlar.
Daxili İşlər Nazirliyi polisin antiterror bölmələrinin
əməkdaşlarına cinayətlə mübarizədə uğurlu fəaliyyətlərinə görə
təşəkkürünü bildirib.

