Qızılın qiyməti uzun fasilədən sonra ilk dəfə ucuzlaşıb

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 21-də qızılın qiyməti uzun müddətdən sonra ilk dəfə
aşağı düşüb.

Trend-in
məlumatına görə, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün
4 082 dollar təşkil edib. Bu, 2020-ci ilin avqust ayından bəri
qeydə alınan ən yüksək azalma göstəricisidir.




Spot bazarda gümüşün qiyməti də əhəmiyyətli dərəcədə — 8,7%
azalaraq bir unsiya üçün 47,9 dollar olub.

Dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri isə 5,3% ucuzlaşaraq
bir unsiya üçün 4 129 dollara enib.