Donald Trampın Vladimir Putinlə görüşü planlaşdırılmır – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə
yaxın vaxtlarda görüşməsi planlaşdırılmır.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin bəyanatında bildirilir.




Qeyd olunur ki, Tramp ötən həftə Putinlə telefon danışığından
sonra təxminən iki həftə ərzində onunla görüşə biləcəyini demişdi.
Görüş üçün mümkün məkan kimi Budapeşt şəhəri nəzərdə tutulurdu.