Rəşad Nəbiyev Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya
səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi
məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və
İnvestisiya Holdinqində görüş keçirib.

Trend
xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.




Bildirilib ki, görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON
Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr,
o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində
tərəfdaşlıq imkanları müzakirə edilib.