44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 19-na olan xronikasını təqdim edir:

– Prezident İlham Əliyev xalqa müraciət edib;

– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və 24 kəndin işğaldan azad olunduğunu
bildirib;

– Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən
Vəng kəndinə Çinarlı adı verib;

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva rəsmi “İnstaqram” hesabında Füzuli, Cəbrayıl, Xocavənd və
Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin
işğaldan azad olunması ilə bağlı paylaşım edib;

– Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb;

– Düşmənin zirehli texnikaları məhv edilməsinin videogörüntülərini yayılıb. Düşmənin məhv edilən hərbi
texnikalarının siyahısı açıqlanıb. Ermənistan muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib;

– Ermənistan silahlı qüvvələri TərtərAğdam rayonlarının ərazilərini atəşə tutub, 2 mülki
şəxs həlak olub;

– Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv
edilməsinin videogörüntüləri yayılıb;

– Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib;

– Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki
bölmələri məhv edilməsinin videogörüntüləri yayılıb.