
Bakı. Trend:
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları “Paralel
dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən
şəxslərin saxlanılması ilə bağlı növbəti genişmiqyaslı əməliyyat
keçiriblər.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat
verib.
İki həftə davam edən əməliyyatlar ölkənin 32 əyalətində həyata
keçirilib. Nəticədə ümumilikdə 62 nəfər saxlanılıb, onlardan 41-i
məhkəmə qərarı ilə həbs edilib.
Şübhəlilərin terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar
qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə
ittiham olunduqları bildirilir.

