Aİ 15 ildən sonra Suriya ilə əməkdaşlıq sazişini bərpa etdi

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı 2011-ci ildən bəri dondurulmuş vəziyyətdə qalan
Suriya ilə Tərəfdaşlıq Sazişini bərpa edib.

Trend xəbər
verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: “Aİ Şurası bu gün Suriya ilə Tərəfdaşlıq
Sazişinin müvəqqəti dondurulmasına son qoymaq qərarına gəlib”.




Vurğulanır ki, saziş 2011-ci ildə insan haqlarının pozulması
ittihamları səbəbindən Prezident Bəşər Əsədin rəhbərlik etdiyi
Suriya rəhbərliyinə qarşı Aİ sanksiyalarının bir hissəsi olaraq
dondurulmuşdu. Suriya vətəndaş müharibəsi zamanı Aİ Əsəddən
hakimiyyəti “yeni demokratik administrasiyaya” təhvil verməsini
tələb etmişdi.

Brüsseldə keçirilən mətbuat konfransında bu tədbirləri təqdim
edən Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuiça Aİ-nin
Suriyanın dövlət qurumlarını gücləndirmək üçün 15 milyon avroluq
proqram, eləcə də 2026-2027-ci illər üçün 280 milyon avroluq yeni
yardım proqramı hazırladığını açıqlayıb.

Suriyanın Avropadan olan suriyalı miqrantların geri qayıtması
üçün təhlükəsiz ölkə olub-olmadığı sualına cavabında Şuitsa qeyd
edib ki,”bu qayıdış könüllü olarsa, heç bir problem yoxdur və əlavə
edib ki, ölkənin bəzi hissələri təhlükəsiz ola bilər, bütünlükdə
isə hələ təhlükəsiz deyil.