Şəhid gizirin xatirəsi yad edilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhid gizir
Abdurahmanlı Sübhan Mahir oğlunun xatirəsinə həsr olunmuş anım
tədbiri keçirilib.

Trend xəbər verir
ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları
iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi
qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan
danışıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.