Almaniya futbol çempionatının VII turu çərçivəsində “Bavariya” doğma meydanda Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub edib.
“Report”un məlumatına görə, qarşılaşma Münhendəki “Alyans Arena”da baş tutub.
Qaliblərin qollarını Harri Keyn (22-ci dəqiqə) və Maykl Olise (79) vurub. “Borussiya”nın heyətində Yulian Brandt (84) fərqlənib.
“Bavariya” bu mövsüm heç bir xal itirməyib. Vensan Kompaninin komandası yeddinci Bundesliqa titulunu, Almaniya Superkubokunu, Almaniya Kubokunu və iki Çempionlar Liqasını qazanıb.
“Bavariya” və “Borussiya” 138 dəfə qarşılaşıblar, Münhen komandası 68 dəfə qələbə qazanıb. “Borussiya” 33 oyunda güclü olub, 37 qarşılaşma heç-heçə başa çatıb.
Münhen komandası 21 xalla Bundesliqaya başçılıq edir, “Borussiya” isə 14 xalla dördüncüdür.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

