
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 18-də Birinci vitse-prezidenti Mehriban
Əliyeva rəsmi “İnstaqram” hesabında Füzulinin işğaldan azad
edilməsi ilə bağlı paylaşım edib.
Trend-in
məlumatına görə, paylaşımda deyilir:
“Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və
Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər
boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər
həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən
görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan
torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının
arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə
ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın
torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və
sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı,
Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.


