Mədəniyyət Nazirliyi ilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı keçirilir.
“Report”un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, konsert proqramı Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsindəki parkda təşkil edilib.
Ölkənin tanınmış incəsənət xadimlərinin iştirak etdiyi konserti Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Mədəniyyət Nazirliyinin əməkdaşları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri izləyirlər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

