“İnter”in yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər

Baş səhifə

Bakı. Trend:

“İnter”in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Mançester Yunayted” italiyalı futbolçunun xidmətində
maraqlıdır.




“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim rəhbərlikdən
Dimarkonun transferini istəyib.

“Mançester Yunayted” yanvar ayında 27 yaşlı sol cinah
müdafiəçisi üçün A Seriyası klubuna təklif göndərməyi
planlaşdırır.