Ötən il 33 nəfər xaricdə təhsil üzrə dövlət proqramında qalib olsa da, bundan imtina edib.
“Report” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, həmin yerlər daha əvvəl proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslərlə əvəz edilib.
T. Topalova həmçinin əlavə edib ki, proqramda qalib olduqdan sonra imtina edənlərin yenidən xaricdə təhsil üzrə dövlət proqramına müraciətinə şərait yaradılır.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

