Məhkəmə Tramp administrasiyasına Milli Qvardiyanın İllinoysa göndərilməsini qadağan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin yeddinci dairə üzrə Apellyasiya Məhkəməsi Tramp
administrasiyasının Milli Qvardiya əsgərlərini İllinoys ştatına
göndərməsi qərarını ləğv edib.

Trend xəbər verir
ki, Milli Qvardiya qoşunlarının federal nəzarətə verilməsinə icazə
verilir, lakin onların ştat ərazisinə yerləşdirilməsinə maneə
qoyulub.




Qərarda qeyd olunur: “Şikayətçilərin inzibati möhlət haqqında
vəsatəti Milli Qvardiyanın federallaşdırılması ilə bağlı təmin
edilib və Milli Qvardiyanın yerləşdirilməsi ilə rədd edilib.”

Xatırladaq ki, oktyabr ayında ABŞ prezidenti Donald Tramp
İllinoysa 300 Milli Qvardiya hərbçisinin göndərilməsi barədə
göstəriş vermişdi. Ağ Evin mətbuat katibi Abigeyl Cekson Trampın
“Amerika şəhərlərini bürüyən qanunsuzluqlara göz yummayacağını”
bəyan etmişdi.