
Bakı. Trend:
Vaşinqton Çinlə ticarət müharibəsinə hazırdır, lakin bu,
arzulanan ssenari deyil.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət
danışıqlarındakı nümayəndəsi Ceymison Qri bildirib.
Onun sözlərinə görə, bu, müharibəyə çevrilmək məcburiyyətində
deyil, amma lazım gələrsə, ABŞ müharibəyə hazırdır.

