Push30 təhsil işçilərinə xüsusi güzəştlər təqdim edir – Adil Qasımov

Baş səhifə

Bakı. Trend:

Layihə çərçivəsində təhsil işçilərinə özəl Push30-un Standart və
Plus abunəliklərinə xüsusi güzəştlər təqdim edilir.

Trend xəbər
verir ki, bu sözləri “Push30” şirkətinin baş icraçı direktoru Adil
Qasımov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Push30 – Pilot
Layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bu layihədə əsas məqsəd elm və təhsil işçiləri
arasında sağlam həyat tərzini təşviq etməkdir:




“İlk növbədə bu təşəbbüsə göstərdikləri dəstəyə görə Elm və
Təhsil İşçiləri Həmkarlar İttifaqına dərin təşəkkürümü bildirirəm.
Bu layihədə əsas məqsədimiz elm və təhsil işçiləri arasında sağlam
həyat tərzini təşviq etmək, onların gündəlik həyatına balans və
enerji gətirməkdir. Çünki biz inanırıq ki, sağlam müəllim sağlam
gələcəyin qurucusudur. Və bu əməkdaşlıq sadəcə bir layihə deyil
sağlam gələcəyin başlanğıcıdır. Eyni zamanda əminəm ki, bu təşəbbüs
gələcəkdə digər peşə sahibləri üçün də bir nümunəyə çevriləcək. Bu
layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edir,
gələcəkdə də birgə uğurlu əməkdaşlıqlar arzulayıram”.

Adil Qasımovun sözlərinə görə, layihə çərçivəsində təhsil
işçilərinə özəl Push30-un Standart və Plus abunəliklərinə xüsusi
güzəştlər təqdim edilir.

“Biz bundan sonra da təhsil işçilərinin sağlam gələcəyi naminə
atılan addımları dəstəkləməyə davam edəcəyik. Bugün müəllimlər üçün
təşkil etdiyimiz “Sağlam müəllim – sağlam gələcəyin qurucusu”
tədbirini həm də World Mental Health Day-in ruhunda keçiririk.
Çünki emosional sağlamlıq bədən sağlamlığı ilə bir yerdə
formalaşır. Push30 olaraq məqsədimiz təkcə idman deyil hem de
daxili balansı, enerji və motivasiyanı bərpa edən bir həyat tərzini
təşviq etməkdir. Çünki sağlam bədən və sağlam düşüncə bir yerdə
formalaşır”,- deyə o fikrini tamamlayıb.