Gəncədə yük maşını iki avtomobilə çırpılaraq aşıb

Baş səhifə

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində “QazEL “markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan “Opel” və “Chevrolet ” markalı minik maşınlarına çırpılıb. Qəzda sonra yük maşını yolun kənarına aşıb. Yol qəzası zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.