
Bakı. Trend:
Füzulidə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin
liderlərinin iştirakı ilə məscidin təməlinin qoyulması mərasimi
mühüm tarixi hadisədir.
Trend xəbər
verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet
Elyasov Fizuli şəhərində məscidin təməlqoyma mərasiminə həsr
olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, bu hadisə təkcə Türk dövlətlərinin birliyini və
qardaşlığını simvolizə etmir, həm də bütün İslam dünyası üçün dərin
mənəvi əhəmiyyətə malikdir:
“Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərin liderlərinin
iştirakı ilə Füzulidə məscidin təməlqoyma mərasiminin keçirilməsi
bütün Türk dünyası üçün mühüm tarixi hadisədir. Eyni zamanda,
işğaldan azad edilmiş Füzuli şəhərində məscidin təməlinin
qoyulmasının bütün İslam dünyası üçün əhəmiyyətini vurğulamaq
istərdim. Bu məscidin məhz Füzulidə tikilməsi Qarabağın
Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının simvoludur”.

