Filippin sahillərində güclü zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.




Məlumatına görə, zəlzələnin episentri Mati şəhərindən 60 km
şimal-şərqdə yerləşib, ocağı isə 62 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.