Azərbaycan gimnastları III MDB Oyunlarında ölkəni layiqincə təmsil edib.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclərdən ibarət millinin məşqçisi Nəzrin Cəfərzadə deyib.
O, növbəti yarışlarda daha yaxşı çıxış edəcəklərinə inanır:
“Komandamız 8 medal qazandı. Düşünürəm ki Azərbaycanı layiqincə təmsil etdik. Gələcək yarışlarda da əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycanın bədii gimnastları III MDB Oyunlarını 4 gümüş, eyni sayda bürünc medalla başa vurub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

