Xocalı və Ağdərədə bir sıra evlər layihələndiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq,
yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

Trend-in
məlumatına görə, bu işlərin davamı kimi Ağdərə rayonunun Çapar,
Həsənriz kəndlərində 144 fərdi yaşayış evi, Xocalı rayonunun isə
Xanyurdu, Ballıca, Təzəbinə kəndlərində 171 fərdi yaşayış evlərinin
cari təmirinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq
işlərə yekun vurub.




Qurum sözügedən işlərin icrasını “Himmen Construction” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 291,8 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Himmen Construction”
(MMC) 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı
10 manat olan şirkətin qanuni təmsilçisi Vəkilov Sənan Sahib
oğludur.