Venesuelada ABŞ səfirliyinə bombalı təxribatın qarşısı alınıb

Baş səhifə

Venesuelanın paytaxtı Karakasda ABŞ səfirliyinə bomba yerləşdirilməsi cəhdinin qarşısını alıb.

APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Venesuela Sülh Dialoqu” prosesinin rəhbəri Jorge Rodrigez bildirib.

“Venesuelanın sülh və dialoq prosesinin rəhbəri olaraq bəyan etmək istəyirəm ki, üç kanal vasitəsilə ABŞ hökumətinə təhlükə ilə bağlı xəbərdarlıq etmişik. Bu təxribat yerli sağçı ekstremistlər tərəfindən planlanıb və onların Venesueladakı ABŞ səfirliyinə ölümcül partlayıcı qurğular yerləşdirmək niyyəti olub” – Rodrigez bildirib.

Onun sözlərinə görə, Venesuelanın hörmət bəslədiyi ölkələrin diplomatik obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.