Gəncədə avtomobil 4 piyadanı vurub, biri ölüb – YENİLƏNİB

Baş səhifə

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bu gün saat 12:30 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Gülcahan Məmmədova

***

12.58

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Qəza nəticəsində ölən şəxsin 1959-cü il təvəllüdlü Q.Səfərova olduğu bildirilir.

Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ.Məmmədova, 2008-ci il təvəllüdlü P.Məmmədova, 2024-cü il N.Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.