İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “BMW” və
“MERCEDES” markalı minik avtomobillərinin toqquşması nəticəsində
yol-qəza hadisəsinin baş verdiyi və “BMW” markalı minik
avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat
vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.




Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə
avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü
Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım
briqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət
alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.