
Bakı. Trend:
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid
ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət
tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam
etdirilir.
Trend-in
məlumatına görə, bu istiqamətdə həyata keçirilən növbəti belə
tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən
edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.
Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9
ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd
üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd
üçotaqlı mənzillərlə təmin olunacaqlar.
Məlumata əsasən, Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla
bağlı müvafiq işlərə başlayıb.
Qurum mənzillərin satın alınmasına 4,417 milyon manat vəsaitin
sərf olunacağını proqnozlaşdırıb.

