İngiltərədə sinaqoqa hücum: 3 ölü

Baş səhifə

Bakı. Trend:

İngiltərənin Mançester şəhərində sinaqoqa hücum nəticəsində 3
nəfər, o cümlədən hücumu həyata keçirmiş şəxs həlak olub.

Trend bu barədə
Britaniya KİV- ə istinadən xəbər verir.




Mançester şəhər polis idarəsindən bildiriblər ki, insident
Hiton-Park yəhudi icmasına aid sinaqoqda “Yom Kippur” günü (Yəhud
təqviminin ən müqəddəs günlərindən biri sayılır) qeyd olunan əsnada
baş verib. Hücum vaxtı sinaqoqa xeyli sayda insan toplaşıb.

İnsidentin dəqiq təfərrüatları açıqlanmasa da, zərərsizləşdirən
hücumçunun insanlara soyuq silahla xəsarətlər yetirdiyi bildirilir.
Azı 3 dinc sakin ağır yaralanıb.