
Bakı. Trend:
Sentyabr ayında İtaliyada inflyasiya göstəricisi əvvəlki ayla
müqayisədə dəyişməyərək 1,6 faiz təşkil edib.
Trend xəbər verir ki, bu
barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat
yayıb.
Bildirilir ki, sentyabrda istehlak qiymətləri indeksi avqust ayı
ilə müqayisədə 0,2 faiz azalıb. Enerji və emal olunmamış qida
məhsulları istisna olmaqla, əsas istehlak məhsullarının qiymət
artımı 2,1 faiz olub. Ərzaq, məişət əşyaları və fərdi qulluq
məhsullarının qiymətləri isə 3,2 faiz artıb.

