Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və
Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol” regionun ən
böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət
tərəfdaşıdır.

“PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan
sammit regionda innovasiyaların inkişafına töhfə vermək,
ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə
mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya
gətirmək məqsədi daşıyır.

Tədbirin ikinci günündə “Trendyol”un dəstəyilə “Regional
çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri
necə aşır?” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə
iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı
iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma
strategiyaları haqqında danışıblar.

‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı
Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini
bölüşüb.




‘’Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin
gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli
təcrübələr yaratmaq üçün bu çox önəmlidir.

Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə
satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə
çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də, əsas
ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və
sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları
xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da
fəaliyyət göstəririk və artıq 2,5 milyon istifadəçi qazanmışıq. Bu
da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir”, – deyə İrəm
Çağrı Yılandil əlavə edib.

Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz
regionunda da genişlənən ‘’Trendyol’’un hazırda 250 mindən çox
satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir.
Platformada 40 milyondan artıq məhsul mövcuddur.

“Trendyol” üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı
kimi “INMerge” Sammitinə qoşulur.