Metronun 8 Noyabr B4 stansiyaları arasında dəmir yolu xətti tam olaraq çəkilib – Metropoliten rəsmisi

Baş səhifə

Bakı.Trend:

8 Noyabr B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan
mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam
olaraq çəkilib.

Trend xəbər
verir ki, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar
Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması departamentinin
rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında
bildirib.

M. Rzayev vurğulayıb ki, layihə üzrə stansiyada 19 ədəd
eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub.
Ekskalatorlardan 12 ədədi artıq inşa edilib.




“B4 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı
olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində
bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının
uzunluğu 144 metr təşkil edir”.

O qeyd edib ki, bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti
hərəkətə buraxılacaq.