Ərdoğandan instaqramla bağlı açıqlama

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə instaqramın bloklanmasına ilk dəfə rəsmi münasibət bildirib.

Resmixeber.az ,“TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə AKP Ümumi Qərargahında qatıldığı proqramda danışıb.

“Biz ölkə olaraq sosial media platformasında faşizmlə qarşı-qarşıyayıq. FETÖ-dən PKK-ya qədər bütün terror təşkilatları sosial media platformalarında at oynadır. Bu platformalarda millətimizin inancı təhqir olunur. Başqa ölkələrdə qaydalara riayət etməkdə göstərdikləri həssaslığı bizə gəldikdə əsirgəyirlər. Bizə qadağalar tətbiq olunur”, – Ərdoğan deyib.

Türkiyə lideri instaqrama girişin bərpası ilə bağlı şərti də açıqlayıb:

“Narahatlığımızı əvvəllər də dəfələrlə bildirmişik. Biz də müvafiq qurumumuz vasitəsilə dialoq xətti yaratmağa çalışdıq. Bununla belə, biz hələ də istədiyimiz əməkdaşlığı tam şəkildə qura bilməmişik. Türkiyənin haqlı tələbləri yerinə yetirilərsə, məsələ avtomatik həllini tapacaq”.

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da məsələ ilə bağlı açıqlama verib. O, instagram rəsmiləri ilə görüşlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“İstədiyimiz nəticəni tam olaraq ala bilmədik, amma məsələni diqqətdə saxlayırıq və fəal danışıqlar aparırıq. Bu gün hər hansı irəliləyiş olacağını düşünmürük”.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə instaqrama giriş qadağan edilib. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqəli olduğunu açıqlayıb.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir