Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Kriminal

Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.

resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib.

Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.

V.Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun su əvəzinə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir