Dağıntılar altından çıxarılanda su təklifinə cavabı ilə hamını güldürən hataylı qız arzusundan danışdı – VİDEO

DIN


Türkiyədə “əsrin fəlakət”indən dörd gün sonra dağıntılar altından çıxarılanda su içmək təklifinə “hələ müayinə olunmamışam” cavabı ilə hər kəsi güldürməyi bacaran Hazal arzusunu açıqlayıb.

O, çox sevdiyi müəlliməsinin yolunu davam etdirmək istədiyini deyib.

Qeyd edək ki, böyük faciədən bir il sonra qızcığaz artıq yeni şəraitə adaptasiya olmağa başlayıb: mahnılar oxuyur, musiqi alətlərində ifa edir, muncuqlardan bilərziklər düzəldir.

Qeyd edək ki, ötən il fevralın 6-da Hatayda baş verən dəhşətli zəlzələ zamanı Hazal anası və iki qardaşı ilə birlikdə günlərlə dağıntılar altında qalmışdı (atası işlə əlaqədar xarici ölkədə olub). Anasının qucağında həyat mübarizəsi aparan uşaq 72 saat sonra axtarış-xilasetmə qrupları tərəfindən tapılmışdı.

Qızcığazı xilas edən heyət ondan su istəyib-istəmədiyini soruşub.

“Yox istəmirəm, hələ müayinədən keçməmişəm”, – deyən Hazalın cavabı isə hər kəsi təəccübləndirib.

Həmin faciədə o, özündən böyük qardaşı Ahmet Efeni itirsə də, anası və digər böyük qardaşı Cihanla xilas edilib.

Ailə hazırda Mersinin Tarsus rayonunda məskunlaşıb.

Mənbə: TRT Haber

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir