Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb

Cəmiyyət


Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az