Yuri Qoliqorski: Kemeronun gəlişi ilə Bakı ilə London arasında münasibətlər daha da inkişaf edəcək – VİDEO

Siyasət


Devid Kemeronun Böyük Britaniyanın Xarici İşlər Naziri təyin edilməsi tamamilə gözlənilməz qərardır.

Bunu “CBC TV Azərbaycan”a müsahibəsində britaniyalı jurnalist Yuri Qoliqorski deyib.

“Böyük Britaniyanın tarixi boyu keçmiş baş nazir cəmi 12 dəfə hökumətdəki bu və ya digər vəzifəyə qayıdıb. Bundan başqa, 2016-cı ildə Kemeron siyasətdən tamamilə gedib. O, bundan sonra siyasətlə məşğul olmayacağını söyləyib və şəxsi həyatına davam edib. O, qayıtmaq üçün ilk növbədə Lordlar Palatasına keçməlidir, əks halda geri qayıda bilməzdi…

Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər bu təyinatdan sonra daha da inkişaf edəcək. Azərbaycan Böyük Britaniyanın yaxın müttəfiqi, dostudur. Azərbaycan təkcə Britaniyaya deyil, bütün Avropaya enerji resurslarının təchizatı ilə bağlı çətinlikləri aradan qaldırmağa kömək edən ölkələrdən biridir”, – deyə o, əlavə edib.

Daha ətraflı videosüjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir