Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub

Mədəniyyət


Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.

Bu barədə resmixeber.az-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Bu il iyulun 26-da AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Oktyabrın 5-dən etibarən isə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) ofisində fəaliyyət göstərəcəyini bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir