Mərdəkanda piyadanı avtomobil vurub

Cəmiyyət


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Sənubər Nadir qızı Rzayevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bazu sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az