Əfqanıstanda ard-arda iki güclü zəlzələ baş verdi

Dünya


Əfqanıstanın Herat əyalətində ötən şənbə günü baş verən şiddətli zəlzələlərdən sonra yenidən 6,3 və 5,0 bal gücündə iki zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat verib.

Məlumata görə, yerli vaxtla saat 05:11-də 6,3 bal gücündə zəlzələ baş verib və episentri Heratdan 28 kilometr şimal və şimal-qərbdə olub.

Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5,0 bal gücündə ikinci zəlzələ meydana gəlib.

Hər iki zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələlərdən sonra Herat sakinləri təşviş içində küçələrə axışıblar və şəhərdə qısa müddətə elektrik enerjisi kəsilib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir