
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında
yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını
nəzərdən keçirir.
Trend-in
məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə
istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin
artmasının qarşısını almaq və Dieqo Qarsiya adasında yerləşən
ABŞ-Böyük Britaniya hərbi bazası üzərində nəzarəti qorumaq
istəyir.
2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqı
üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan saziş
imzalayıblar. Sazişə əsasən, Dieqo Qarsiyadakı hərbi baza 99 il
müddətində fəaliyyətini davam etdirəcək.

