Bakı. Trend:
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ
nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “ABS-CBN News” televiziya
kanalı xəbər verib.
Yeraltı təkanlar General Santos şəhərində bir neçə binanın
uçmasına səbəb olub.
“Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binaya ziyan
dəydiyini deyə bilmərəm; biz xilasetmə əməliyyatları ilə məşğuluq”,
– deyə yerli polisin nümayəndəsi bildirib.

