Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq – Tramp

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqton və Tehran
arasında əldə edilən istənilən razılaşmanı qəbul etməli olacaq.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Financial
Times” qəzetinə müsahibəsində deyib.




“Onun seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları
mən qəbul edirəm. Qərarları o vermir”, — deyə ABŞ prezidenti
bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran
arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.