Kriminal görüşdə yaralanan, adam oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi baş tutub

Kriminal


Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən, kriminal aləmdə Ciqan Bəhruz kimi tanınan Bəhruz Rəfiyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəfiyev 12 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, B.Rəfiyev tanışı olan bir neçə nəfərlə yetkinlik yaşına çatmayan şəxsi oğurlayaraq hədə qorxu ilə ümumilikdə 35 min dollar pul alıblar. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Əlinin (ad şərtidir) maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşidib. Bundan sonra adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək üçün tanışları ilə birləşərək onu oğurlamağa qərar veriblər. Onlar Əlini və tanışını Xətai rayonu, Babək prospekti, 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırıblar. Çay evində Əlini və dostunu şillə ilə vurublar. Hər ikisini sərbəst buraxmaq üçün 25 min dollar pul tələb ediblər. Əli onların tələbi ilə razılaşıb. Təqsirləndirilən şəxs və qrup üzvləri Əlini taksi ilə mənzillərinə aparıblar. Əli evə qalxaraq seyfdən atasının 42 min 500 manat təşkil edən 25 000 ABŞ dolları pul vəsaitini götürüb qrup üzvlərinə verib. İttihama görə, bundan başqa Əliyə ikinci dəfə cinayətkar dəstə tərəfindən hədə-qorxu gəlinib. Ondan 10 min dollar pul tələb olunub. O da qorxduğu üçün həmin məbləği dəstə üzvlərinə verib. Bəhruz Rəfiyevin cinayət işi digər qrup üzvlərindən ayrı icraatda araşdırılıb. Məhkəmədə ifadə verən Bəhruz Rəfiyev özünü təqsirli bilməyib. Nə zərərçəkəni, nə də onun ailəsini tanımadığını və heç vaxt görmədiyini bildirib. Məhkəmədə dindirilən şahidlər isə ifadələrində Bəhruz Rəfiyevin bu cinayət əməlini törətmədiyini, lakin istintaq dövründə təzyiqlə sənədlərə qol çəkdiklərini deyiblər. 

Qeyd edək ki, Bəhruz Rəfiyevin bundan əvvəl də məhkumluğu var. Belə ki, o əvvəllər xuliqanlıqda, sağlamlığa zərər vurmada təqsirləndirilərək məhkumluq yaşayıb. 2016-cı ildə Səbail rayonu, Badambar qəsəbəsində yerləşən restoranda kriminal söhbət zamanı yaralanıb və təqsirləndirilən şəxs kimi məhkum edilib. Mətbuatda həmin söhbətin Lotu Quli ləqəbli Nadir Səlifovun və Rövşən Lənkəranskinin tərəfdarları arasında baş verdiyi qeyd edilib.  Rövşən Lənkəranskinin tərəfdarlarından sayılan Astaralı Fuadla birlikdə restorana gələn Ciqan Bəhruz, Lotu Quli tərəfdarı olan Ayqam Samir və digərləri ilə mübahisə edib. Məhz restoranda atışma olub. Nəticədə, Astaralı Fuad və Ciqan Bəhruz güllə yarası alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Astaralı Fuad 8 il, Ciqan Bəhruz 4 il, Ayqam Samir 10 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsində isə Ayqam Samirin cəzası 15 ilə, Astaralı Fuadın isə cəzası 10 ilə qaldırılıb. Ciqan Bəhruzun isə cəzası dəyişdirilmədən saxlanılıb. Bəhruz cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. O, Rövşən Lənkəranskinin tərəfdarlarından hesab olunur. Onun “qanuni oğru” Hacı Beyləqanski ilə, tanınmış avtoritet Emin Naxçıvanski ilə yaxın münasibətlərinin olduğu bildirilir. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir