Azərbaycan parataekvondoçusu Almaniyada növbəti qızıl medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə “Prezident Kuboku”nda Sabir Zeynalov (58 kiloqram) növbəti uğura
imza atıb.

Trend-in
məlumatına görə, 20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli
Hamza Tarhanın, finalda isə rusiyalı Asxat Akmatovun üzərində
qələbə qazanaraq qızıl medala sahib olub.




Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma şəhərində
təşkil olunan Roma Qran-prisində də qızıl medal qazanmışdı.