Ermənistanda seçkilər: son məlumatlar

Baş səhifə

Bakı.Trend:

Saat 08:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki
Komissiyası 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal
edib ki, bu da onların ümumi sayının təxminən 93,7 faizini təşkil
edir.

Bu barədə Trend
Ermənistan KİV-ə istinadən xəbər verir.




İlkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi
“Vətəndaş Müqaviləsi” Partiyası 50,25 faiz səslə liderlik edir.

İkinci yerdə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik
etdiyi “Güclü Ermənistan” bloku 23,31 faiz səslə qərarlaşıb. Üçüncü
pillədə isə sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi
“Ermənistan” bloku yer alıb. Sözügedən siyasi qüvvə 9,78 faiz səs
toplayıb.